Bakı Sağlamlıq Mərkəzində Travmatologiya və Ortopediya Şöbəsinin açılışı baş tutdu

Bu gün Bakı Sağlamlıq Mərkəzində Travmatologiya və Ortopediya Şöbəsinin açılışı baş tutdu. Mərkəzimizin icraçı direktoru Asiman Həsənov açılışda iştirak edərək yaradılan şəraitlə tanış oldu. Travmatologiya və ortopediya sahəsində əldə olunan müasir müalicə üsullarının və innovativ texnologiyalarının tətbiqinə şərait yaradan yeni şöbənin yaradılmasında zəhməti olan bütün tibbi kollektivin işini yüksək qiymətləndirdi. O, qeyd etdi ki, klinikamızda yaradılmış bu şöbədə aparılacaq işlər gələcək gənc həkimlər və rezidentlər üçün də bir təcrübə mərkəzi rolu oynayacaq. Şöbənin həkimlərinə və digər kollektivinə gələcək peşəkar fəaliyyətlərində yeni uğurlara imza atmalarını arzu etdi.

Diqər xəbərlər